"Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyirik" - Çavuşoğlu

15:12 03.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna səfiri Vasili Bodnarı və onun xanımını qəbul edib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.

“Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik. Türkiyə vətəndaşlarının təxliyəsi zamanı göstərdikləri dəstəyə görə Ukrayna hakimiyyətinə təşəkkür edirik”, - Çavuşoğlu qeyd edib.